Tarix: 5 May 2019 17:00
Rusiya Premyer Liqasında 27-ci turun oyunları davam edir.Qol.az-ın məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" doğma meydanda "Ufa" ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən tərəflər 1 xala razılaşıblar.
Bu bərabərlikdən sonra xallarının sayını 28-ə çatdıran "Krılya Sovetov" 13-ci pillədəki yerini qoruyub. "Ufa" isə 26 xalla 14-cüdür.
Qeyd edək ki, ötən tur qırmızı vərəqə alan Ramil cəzalı olduğu üçün bugünkü matçı buraxmalı olub.