Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 05:20
Bakı. Trend:
ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi gündəlik hesabatında deyilir.
Sənəddə göstərilən rəqəm ölkənin dövlət borcunun 31 oktyabra olan vəziyyətini əks etdirir.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ÜDM-nin 108 faizindən 2023-cü ildə ÜDM-nin 117faizinə qədər artacaq. ABŞ-ın mövcud borc problemləri 2007-2008-ci illərdəki maliyyə böhranının nəticəsidir. O vaxtdan ölkə bir neçə dəfə dövlət borcunun maksimumunu qaldırmaq məcburiyyətində qalıb. Bu məsələ ilə əlaqədər Demokratlar və Respublikaçılar arasında hər dəfə siyasi mübahisələr baş verir.
Barak Obamanın 8 il prezidentliyi dövründə ərzində ABŞ hökumətinin dövlətborcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdır. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin