Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 01:51
Qaraciyərin fəaliyyətindən bütün orqanizmin işi asılıdır. Bədənin əsas filtri toksinlərlə zəhərləndikdə bir çox xəstəliklər baş qaldırır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, yorğun, xəstə və toksinli qaraciyəri bir çox insanların sevimli içkisi kofe ilə dəstəkləmək olar.
Mütəxəssislər bir çox problemlərdə qəhvənin qaraciyər üçün xilas mənbəyi ola biləcəyini də bildirir.
Belə ki, həkim və aparıcı Myasnikov İnstagram profilində qaraciyəri xəstə insanların təmiz qəhvə içməsinin vacibliyi barədə yazıb.
O bildirib ki, kofe hepatitin inkişafının qarşısını alır, hepatit isə sonda sirroza çevrilə bilər.
"Ona görə də, gündə 3 fincan təmiz qəhvə içmək qaraciyərində problem olan insanlar üçün vacibdir".
Hətta təzyiqi yüksək olanlar da qəhvə ilə bağlı problem yaşamayacaqlar. Çünki orqanizm qəhvəyə alışacaq və ondan təzyiq qalxmayacaq.
Əksinə müntəzəm olaraq qəhvə içmək aritmiya, infarkt riskini azaldır.