Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gərginlik pik həddə: Döyüş təyyarələri bölgəyə göndərildi

Gərginlik pik həddə: Döyüş təyyarələri bölgəyə göndərildi

Tarix: 24 Oktyabr 2023 22:58

Yunanıstandakı Suda bazasından sonra ABŞ hərbi təyyarələrinin Afina yaxınlığındakı Elefsina hərbi hava limanında yerləşdirilməyə başlandığı bildirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "CNN Greece" məlumat yayıb.

Mənbə bildirir ki, İsrail-Fələstin savaşının başlamasından sonra hər ehtimala qarşı hazır olmağı hədəfləyən ABŞ Yunanıstan Silahlı Qüvvələrinin infrastrukturundan istifadə edərək hərbi təyyarələrini təhlükəsiz məsafədə yerləşdirir.

ABŞ-ın hazırda Suda bazasında 7 yük maşını, 10 ədəd C-130 nəqliyyat təyyarəsi, KC-135 tipli yanacaqdolduran təyyarə, "Boeing P-8 Poseidon" tipli zenit texnikası, sualtı gəmilər və döyüş təyyarələri var.

ABŞ təyyarələrinin ötən həftənin sonunda Elefsina limanına gəlməyə başladığı və ABŞ-ın böyük hərbi təyyarələrinin yerləşdirilməsi üçün istifadə etmək istədiyi iddia edilir.

Milli.Az


Etiketlər:  Gərginlik həddə Döyüş təyyarələri bölgəyə göndərildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR