Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 11:08
Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.
Qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.
Avropa çempionatı, IX tur
Kişilər
Sloveniya - Azərbaycan
Luka Leniç - Arkadi Naydiç
Matey Sebenik - Rauf Məmmədov
Yure Skoberne - Qədir Hüseynov
Yan Sudel - Eltac Səfərli
Azərbaycan - Ermənistan
Qadınlar
Günay Məmmədzadə - Lilit Mkrtçyan
Xanım Balacayeva - Elina Danielyan
Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan
Gülnar Məmmədova - Anna Sarqsyan
Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.