Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 07:24
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində ABŞ-ın səylərinin vacibliyini vurğulayıb.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında regional nəqliyyat infrastrukturlarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Həmçinin, Ermənistan-ABŞ əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, C.Hak regionda səfərdədir.