Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 08:58
Ukraynanın Xmelnitski atom elektrik stansiyası (AES) yaxınlığında partlayış baş verib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə UNİAN məlumat yayıb.
Hadisə ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi açıqlama verib:
"Bu hadisə Ukraynadakı son dərəcə həssas olan nüvə təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirir. Bu müharibə davam etdikcə faciəli hal davam edəcək. Çox sayda pəncərələrin sınması təhlükənin nə qədər yaxın olduğunu göstərir. Növbəti dəfə şansımız o qədər gətirməyə bilər", - deyə Qrossi bildirib.
O vurğulayıb ki, nəyin bahasına olursa-olsun atom elektrik stansiyasına zərbə endirməkdən qaçmaq lazımdır.
Onun sözlərinə görə, AEBA ekspertləri iki güclü partlayışın olduğunu bildiriblər.
Sonradan onlara məlumat verildi ki, hadisə yerindən təxminən 5 və 20 km aralıda iki pilotsuz uçuş aparatı vurulub.