Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu futbol komandamız Xankəndini təmsil edəcək

Bu futbol komandamız Xankəndini təmsil edəcək

Tarix: 26 Oktyabr 2023 12:08

Futbol üzrə milli komandamızın sabiq üzvlərinin minifutbol üzrə ölkə çempionatında çıxış edəcəyi barədə məlumat yayılmışdı. Karyerasını başa vuran Əfran İsmayılovun yaratdığı komandanın adı artıq müəyyənləşib.

Sonxeber.net xəbər verir ki, bu barədə sabiq futbolçu Publika.az-a məlumat verib.

Ə.İsmayılov Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla görüşdə komandanın "Xankəndi" adıyla çıxış etməsinə qərar verildiyini bildirib.

Federasiya rəhbəri ötən gün ilk məşqini keçirən futbolçulara dəstək olacaqlarını bildirib. Məşq edilməsi üçün şərait yaradılacaq və digər məsələlərdə köməklik göstəriləcək.

Əfran İsmaylovun sözlərinə görə, əsas planlardan biri də yaxın gələcəkdə "Xankəndi"nin təmsil etdiyi şəhərdə ev oyunlarını keçirməsi və rəqiblərini orada qəbul etməsidir.

Federasiya rəhbərliyi bununla bağlı da addımlar atacaq.


Etiketlər:  futbol komandamız Xankəndini təmsil edəcək


RƏYLƏR