Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 13:22
Ermənistanın sabiq müdafiə nazirinə qarşı qiyabi olaraq yeni ittiham irəli sürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata əsasən, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarqsyan mənzil qeydiyyatına düşmək hüququ olmayan hərbi qulluqçulara və orduda xidmət etməyən şəxslərə mənzillərin verilməsində ittiham olunur.
Xatırladaq ki, bundan öncə də Sarqsyan oxşar cinayətdə ittiham olunub və axtarışa verilib.
Sabiq nazir isə bütün baş verənləri siyasi təqib adlandırıb.