Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran rəsmisi: “ABŞ İrana hücum etsə...”

İran rəsmisi: “ABŞ İrana hücum etsə...”

Tarix: 26 Oktyabr 2023 16:16

"Əgər ABŞ İrana və onunla əlaqəli infrastruktura hücum etməyə cəsarət etsə, cavab təsəvvüredilməz olacaq".

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu bu gün Minskdə Avrasiya təhlükəsizliyinə dair konfransda çıxışı zamanı İranın xarici işlər nazirinin müavini Məhəmməd Həsən Şeyx Ol-İslami deyib.

O qeyd edib ki, bütün ölkələr fələstinliləri və Qəzza zolağının sakinlərini qorumaq üçün lazımi tədbirləri görməlidirlər:

"Bu, ABŞ-ın bizə qarşı ilk hədəsi deyil, biz gündəlik təhdidlərə öyrəşmişik. Amma hər halda, əgər bu baş versə, səhvlərə yol versələr, İranın cavabı bütün təsəvvürlərdən kənar olacaq. İran 30 ildir fələstinlilərin hüquqlarını müdafiə edir və bundan sonra da müdafiə edəcək. Suriyalılar öz ölkələrini müdafiə edə bilərlər, lakin kömək istəsələr, İran onlara dəstək verəcək. Vəziyyət fəlakətlidir, biz bunu dayandırmalıyıq. Biz indi İraq və digərləri ilə birlikdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, bir gün əvvəl İran Körfəzi və Oman dənizi sahillərində İran İnqilabı Keşikçiləri Korpusunun bütün yeraltı raket və pilotsuz bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu addım ABŞ-ın bölgədəki hərbi mövcudluğunun genişlənməsinə, eləcə də THAAD və Patriot sistemlərinin yerləşdirilməsinə cavab idi.

Xatırladaq ki, bir neçə gün öncə İran xarici işlər naziri Hüseyn Amir Abdullahyan bildirmişdi ki, Birləşmiş Ştatlar diplomatik kanallar vasitəsilə İrandan Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edib.


Etiketlər:  İran rəsmisi ABŞ İrana hücum etsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ