Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA reytinqi: Azərbaycan bu dəfə xal qazana bilmədi

UEFA reytinqi: Azərbaycan bu dəfə xal qazana bilmədi

Tarix: 27 Oktyabr 2023 10:42

Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu "Bayer 04"ə 1:5 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.

Baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adalarının irəliləməsinə, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  UEFA reytinqi Azərbaycan dəfə qazana bilmədi


RƏYLƏR