Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kim Çen In qızını siyasi hakimiyyətin varisi seçib

Kim Çen In qızını siyasi hakimiyyətin varisi seçib

Tarix: 27 Oktyabr 2023 20:16

Şimali Koreya lideri Kim Çen In siyasi hakimiyyətin potensial varisi kimi qızı Kim Cu Aeni seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Respublikasının birləşmə naziri Kim Yonq Ho bildirib.

Bildirilib ki, Kim Cu Aenin 10 yaşı var. Onun ilk ictimaiyyət qarşısında çıxışı ötən ilin noyabrında atası ilə birlikdə "Hwasong-17" qitələrarası ballistik raketinin buraxılışında olub. Bundan sonra o, dəfələrlə Kim Çen Inla ictimai tədbirlərdə, o cümlədən sentyabrın 8-də KXDR-in yaradılmasının 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edib.

Milli.Az


Etiketlər:  Kim Çen In qızını siyasi hakimiyyətin varisi seçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ