Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

Tarix: 28 Oktyabr 2023 08:46

Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Bu mərhələdə rus işğalçıları Avdeyevkada dayanmayacaq: yalnız yeni hücum dalğası onlara uğur gətirməsə, digər yerlərdəki problemləri nəzərə alaraq, Avdeyevka macərasını dayandıra bilərlər", - Kovalenko deyib.

O qeyd edib ki, Avdeyevka yaxınlığında ruslar hərbi-sənaye kompleksinin indi bir ay ərzində istehsal etdiyi texnika qədər texnikanı itiriblər:

"Yəni, Avdeyevka hücumu itkilərin ödənilməsinin aylıq prosesində ciddi disbalans yaradır".

O əlavə edib ki, növbəti üç həftə ərzində rusların uğursuz hücumlar nəticəsində itkiləri kompensasiya etmək üçün tərtib etdikləri resursları tükənəcək və dilemma ilə üzləşəcəklər.


Etiketlər:  Üç həftə sonra ordusu dilemma ilə üzləşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ