Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft”da inqilabi dəyişklik - FOTO

Microsoft”da inqilabi dəyişklik - FOTO

Tarix: 28 Oktyabr 2023 11:28

"Microsoft" şirkəti  "Windows"un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün "Start" düyməsini ləğv edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.

Yeni funksiyanın "Copilot" adlandığını deyən şirkət rəhbəri onun "Start" düyməsinə bənzədiyini vurğulayıb.

"O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq", - deyə Nadella vurğulayıb.

"Microsoft"un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək.  Onun sözlərinə görə, "Windows 12" istifadəçiləri üçün "Start" vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.

"Start" - "Windows"un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə "Microsoft"un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış "Windows 95"də görünüb.

Milli.Az


Etiketlər:  Microsoftda inqilabi dəyişklik FOTO


RƏYLƏR