Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İltihabəleyhinə, klimaks zamanı müalicəvi vasitə

İltihabəleyhinə, klimaks zamanı müalicəvi vasitə

Tarix: 28 Oktyabr 2023 15:30

Turş dada malik olan turşəng el arasında əsasən quzuqulağı kimi də tanınır. Turşəng çox faydalı göyərtidir. O, müxtəlif vitamin və minerallarla zəngindir. Bu bitkinin 150 növü mövcuddur.

Bu göyərtinin tərkibində C, K, E, B qrupu vitaminləri, biotin, beta-karotin, efir yağları, orqanik turşular, maqnezium, kalsium, fosfor, dəmir kimi minerallar var.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olan turşəng immun sisteminə çox müsbət təsir edir. Bu isə yazda xüsusilə vacibdir.

Həmçinin C vitamini orqanizmdə dəmirin mənimsənilməsinə kömək edir. Bu səbəbdən turşəngi ətlə birlikdə qəbul edin. Bu ətdə olan dəmirin daha yaxşı sovrulmasına kömək edəcək.

Turşəngi və digər təzə göyərtiləri tez-tez qəbul edən insan özünün yaz avitaminozlarından qoruya bilər.

Qədim zamanlardan turşəng qadınlarda klimaks zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Turşəngin müntəzəm qəbulu (təbii ki, az miqdarlarda) klimaksın xoşagəlməz simptomlarını azaldır.

Turşəng həzm proseslərinə çox müsbət təsir edir, qidanın həzmini yaxşılaşdırır, qəbizliklə mübarizə edir. Lakin mədə şirəsinin turşuluğunun artması ilə müşayiət olunan qastritlər zamanı bu göyərtini yemək tövsiyə edilmir.

Qidalı liflərlə zəngin olan turşəng bağırsaqları orada yığılan şlaklar və toksinlərdən yaxşı təmizləyir.

Turşəng iltihabəleyhinə, antitoksik təsirə malikdir.

Turşəngin tərkibində olan turşəng turşusu qan damarlarını xolesterindən təmizləyir, onların elastikliyini artırır.

B qrupu ilə zəngin olan turşəng sinir sistemi üçün faydalıdır, orqanizmdə hüceyrələrin yenilənməsini sürətləndirir.


Etiketlər:  İltihabəleyhinə klimaks zamanı müalicəvi vasitə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ