Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

APOEL-dən heç-heçə

APOEL-dən heç-heçə

Tarix: 2 Noyabr 2019 22:04

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL Kipr çempionatında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Nikosiya təmsilçisi 8-ci turda doğma meydanda AEK-lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

3 oyun az keçirən Tomas Dollun komandası hazırda 13 xalla 2-cidir. "Anortosis" 14 xalla (6 oyundan) 1-ci, "Omoniya" 12 xalla (7 oyundan) 3-cüdür.

Qeyd edək ki, APOEL Avroliqanını 4-cü turunda noyabrın 7-i "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 


Etiketlər:  APOEL dən heç heçə


RƏYLƏR