Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqov: “Bizim üçün böyük sarsıntı idi”

Rəşad Sadıqov: “Bizim üçün böyük sarsıntı idi”

Tarix: 29 Oktyabr 2023 10:02

"Yetərincə qol epizodlarımız var idi. Sadəcə son anlarda dəqiq deyildik. Amma istənilən halda, hesabı bərabərləşdirdik. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Misli Premyer Liqasının XI turunda öz meydanında "Səbail"lə 2:2 heç-heçə oynayan "qartallar"ın çalışdırıcısı müdafiədəki səhvlərdən bəhs edib: Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi.

Bu görüşə çox ciddi itkilərlə hazırlaşırdıq. Bəlkə də ən ağır hazırlaşdığımız oyun idi. İkinci hissədə oyunu gücləndirmək üçün meydana buraxacaq hücumameyilli oyunçumuz yox idi. Yarımmüdafiəçimiz də yox idi, hücumçumuz da. Oyunu məcburiyyətdən belə tamamladıq. Ehtiyatda olanların hamısı isə müdafiəyə meyilli idilər".

Rəşad Sadıqov transfer siyasəti ilə bağlı danışıb. Gənc mütəxəssis ehtiyac olan mövqelər barədə məlumat verib: "Müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçularımız var. Onlarla danışırıq, başqa futbolçulara baxırıq, Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də ehtiyacımız var. Stefan Akka zədəli idi, cəmi iki stoperlə oynayırdıq, hər ikisinin də üç sarısı var. Onlardan biri sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stoperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik".


Etiketlər:  Rəşad Sadıqov Bizim üçün böyük sarsıntı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ