Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toyumuz Bakıda olduğu üçün onlardan irad eşidirik''

''Toyumuz Bakıda olduğu üçün onlardan irad eşidirik''

Tarix: 29 Oktyabr 2023 11:30

Türkiyəli aktrisa Öykü Gürman şəxsi həyatı ilə bağlı sualları cavablayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, film təqdimatına qatılan aktrisa toyundan sonra ilk dəfə obyektivlərə tuş gəlib və niyə tək qatıldığına aydınlıq gətirib:

"Fənərbaxça"nın matçına görə mənimlə gəlməyib. Ev xanımı olaraq ilk müsahibəmi tək verməli oluram. Şükür ki, matç bu axşam oldu. Nikah günü olsaydı, nikaha qatılmaya da bilərdi".

O, nikahın Bakıda baş tutması səbəbindən yaxınlarının orada iştirak edə bilmədiyini deyib:

"Nikah Bakıda olduğu üçün haqlı olaraq dəvət edə bilmədiyimiz hər kəsdən irad eşidirik. Yaxın günlərdə Bakıya, nikaha gələ bilməyən yaxınlarımız üçün yemək təşkil edəcəyik". 

Öykü övlad sahibi olmaq istədiyini bildirib:

"Bu vaxta qədər işimi ön planda tutmuşam. İkimiz də övlad sahibi olmaq istəyirik. Nəsib, qismət. Fatih üçün qız və ya oğlan olmasının fərqi yoxdur. Mən isə əkizim olduğu üçün övladlarımın da əkiz olmasını istəyirəm. Bir dəfəyə qız və oğlan. Təbii ki, Allahın təqdiridir".

Qeyd edək ki, Öykü ötən həftə Fatih İçmeli ilə Bakıda nikah masasına əyləşib.


Etiketlər:  Toyumuz Bakıda olduğu üçün onlardan irad eşidirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ