Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiloqramı 3 min avroya satılır

Kiloqramı 3 min avroya satılır

Tarix: 29 Oktyabr 2023 12:39

Trüfel göbələkləri dünyanın ən bahalı göbələk növlərindən biridir. Kiloqramı 3 min avroya qədər olan bu tərəvəz güclü ətir və dada malikdir. O, təkcə ləzzətli deyil, həm də insan sağlamlığı üçün faydalıdır.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu göbələk vitamin və minerallarla zəngindir. Tərkibində A, B, C və D vitaminləri, dəmir, sink, fosfor və kalium kimi minerallar var. Bahalı, eyni zamanda müalicəvi qida kimi tanınır.

Antioksidan xüsusiyyətlərə malikdir. Sərbəst radikalların zərərli təsirlərini azaltmağa kömək edən antioksidanları ehtiva edir. Xərçəng riskini azalda bilər. Xərçəng hüceyrələrinin böyüməsini və yayılmasının qarşısını alan antioksidanları ehtiva edir.

Ürək sağlamlığını dəstəkləyir. Trüfel xolesterol səviyyəsini aşağı salmağa və qan axınını yaxşılaşdırmağa kömək edən antioksidanlarla zəngindir. İmmunitet sistemini gücləndirir. Həzmi yaxşılaşdırır. Tərkibi liflərlə boldur.

Dərinin sağlamlığını qoruyur. Belə ki, tərkibində dəri hüceyrələrini bərpa etməyə və dərinin yaşlanmasını gecikdirməyə kömək edən antioksidanlar vmövcuddur.

Bu göbələklər adətən çiy yeyilir. Bununla belə, bişmiş halda da istehlak edilə bilər.


Etiketlər:  Kiloqramı avroya satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ