Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 08:24
Yeni cəbhələrdə döyüşmək qorxusu artdıqca, ABŞ və Avropada silah istehsalını artırmaq tələbi çoxalır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.
Məlumata görə, Qərbin müdafiə qurumlarının rəsmiləri narahatdırlar ki, İsrail müharibəyə başladığı üçün Qərbin Ukraynaya Rusiya ilə döyüşdə yardım etdiyi artilleriya mərmiləri və digər silahların çatışmazlığı yarana bilər:
"Tələb istehsaldan daha sürətlə artdığından bəzi malların qiymətləri kəskin artıb.155 mm-lik NATO standartlı artilleriya mərmilərinin hər biri Rusiyanın Ukraynanı işğal etməzdən əvvəl təxminən 2100 dollara başa gəldiyi halda, indi dörd dəfə artaraq, təxminən 8400 dollara çatıb".