Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 15:46
"Liverpul"un hücumçusu Luis Diasın atasının yeri barədə məlumat verən mükafatlandırılacaq.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Kolumbiya polisi 10,5 min avro veriləcəyini açıqlayıb.
120-dən çox hərbçi və polis birlikdə Kolumbiyanın şimalında futbolçunun atasını axtarır. Ordunun bəyanatında deyilir ki, girovların axtarışı üçün yol blokları qurulub, iki motoatıcı tağım, pilotsuz uçuş aparatları, helikopterlər və bir radar təyyarəsi bu işə cəlb olunub.
Qeyd edək ki, qaçırılma hadisəsi Luisin doğulduğu Barrankas şəhərinin Los Olivos rayonunda baş verib. Onun valideynləri Luis Manuel Dias və Silenis Marulanda naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Artıq futbolçunun anası xilas olunub.