Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko" qərarını verdi

Tarix: 30 Oktyabr 2023 19:26

"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Madrid klubu mütəxəssislə 3 illik sözləşmə imzalamağa hazırlaşır. Yeni müqavilədə sözləşmənin vaxtından əvvəl ləğvi ilə bağlı bənd olacaq. Əgər "Atletiko" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub argentinalı mütəxəssislə yolları ayıra bilər.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir. Onun rəhbərliyi altında Madrid təmsilçisi 2 dəfə La Liqada çempion, 1 dəfə İspaniya kubokunun qalibi və 2 dəfə Avropa Liqasının qalibi olub. Bundan əlavə, "Atletiko" 2 dəfə Çempionlar Liqasının finalına yüksəlsə də, turniri qazana bilməyib.

2023/2024 mövsümünün 10 turundan sonra "Atletiko" 25 xalla La Liqa turnir cədvəlində 3-cü yerdədir.

Milli.Az


Etiketlər:  Atletiko qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ