Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 22:34
Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan etibarən BMT-nin 63 əməkdaşı həlak olub.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında məlumat verilib.
Bildirilib ki, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında həlak olub.Bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb. Həmçinin BMT-nin bölgədəki 22 əməkdaşı yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.