Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 07:27
72%-li "Sovet sabunu, paltar sabunu" kimi tanınan təsərrüfat sabunun faydalı və ya zərərli olması barədə ekspert fikirləri haçalanır. Bu sabun məhz təsərrüfat məqsədləri üçün hazırlandığından onda qələvi mühit daha çoxdur. Bu da bəzi məqamlarda orqanizmə, xüsusən dəri, gözlər və saçlara zərərli ola bilər.
Lakin bunu zərərsizləşdirmək mümkündür.
Sonxeber.net sabunun bədənə müsbət təsirlərini təqdim edir:
- Başda kəpək, qaşınma, yağlılıq, baş dərisi xəstəlikləri, apolepsiya. Bu sabundan hər gün yox, həftədə 2 dəfə saçlara istifadə edə bilərsiz. Qələvi təsirini azaltmaq üçün saçları yuduqdan sonra azca sirkəli su ilə yaxalayın
- Üz dərisini - kosmetoloqlar heç olmasa həftədə 1 dəfə üzü təsərrüfat sabunu ilə yumağı tövsiyə edir.
Bu yolla siz dərinizi təbii yağlarla zənginləşdirirsiz və detoks edirsiz. Lakin bu sabunla yumadan sonra üzə uşaq kremi çəkmək lazımdır.
- Hamamda - bütün dərini detoks edir, məsamələri açır, qidalandırır, dərinin toksinlərini çıxarır.
- Üz qırxmadan sonra - kişilər üçün üz qırxandan sonra qızarma, dəri qıcıqlanmasına qarşı bütün losyon, kremlərdən effektivdir.
- Qadınlarda göbələk xəstəlikləri - bu zaman intim nahiyədə turş mühit çoxaldığı üçün iltihab, qaşınma, qızarma olur. Bu zaman qələvi sabun köməyə çatır.
- Ayaq altındakı kobud dəri, çatlar, göbələk - ayaq dərisində problem olan hər kəs həftədə 1 dəfə ayaqları bu sabunla vanna etsin. /medicina.az