Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş katib işdən çıxarılan məşqçinin yerinə əmisi oğlunu gətirir? - FOTO

Baş katib işdən çıxarılan məşqçinin yerinə əmisi oğlunu gətirir? - FOTO

Tarix: 31 Oktyabr 2023 11:12

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilmişdi.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, artıq onun yerinə təyinat da reallaşıb.

Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisi oğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərsək də, cavab ala bilmədik. Federasiyanın mətbuat xidmətindən bildirildi ki, hər şey rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. O, cüdo yığması ilə müqavilə imzalayarkən sözləşmədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb. 


Etiketlər:  Baş katib işdən çıxarılan məşqçinin yerinə əmisi oğlunu gətirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ