Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Brilliant Eltonla aralarındakı qalmaqaldan danışdı - "O, paxıl insandır" – VİDEO

Brilliant Eltonla aralarındakı qalmaqaldan danışdı -

Tarix: 31 Oktyabr 2023 21:30

"Məclislərin birində idim. Ora küsülü olan həmkarım Elton Hüseynəliyev gəldi. Gördüm ki, uzaqdan gəlir və birdən məni bərk-bərk qucaqladı. Eltonun oxumağında o qədər səsimin çalarları və xırdalıqları var. O dəqiqə ona qulaq asanda bilinir ki, Elton gecə-gündüz məni dinləyib".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artist Brilliant Dadaşova "Space star" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi illər əvvəl həmkarı Elton Hüseynəliyevlə aralarında yaşanan qalmaqaldan söz açıb.

Dadaşova bildirib ki, illər əvvəl Hüseynəliyev onun ünvanına xoşagəlməz sözlər işlədib: "Elton mənə bir mahnı göndərmişdi. O zaman isə Türkiyədə idim və işlərim çox idi. Qulaq asdım. Elton söylədi ki, gəlin, bu mahnını duet oxuyaq. Mən isə ona cavab verə bilmədim. Sonra gördüm ki, verilişlərin birində ünvanıma yaxşı olmayan (Elton Hüseynəliyev: "Brilliant xanım yaxşı insan deyil. O, paxıl insandır" -red.) kəlimə işlədib.

Müsahibə verəndə isə onun yanında Flora xanım Kərimova vardı. O da Eltonun səhvini tutdu. Sözün düzü, ona məəttəl qaldım. Mənə onun bu müsahibəsindən sonra çox zənglər gəldi.

Lakin mən cavab vermədim. Abbas Bağırovla da aramızda küsülülük yaşanmışdı. O haqqımda düzgün danışmamışdı. O da sonradan gəlib məni öpüb, qucaqlamışdı. Amma ondan əvvəl bizim yaxşı münasibətimiz olub". 

Milli.Az


Etiketlər:  Brilliant Eltonla aralarındakı qalmaqaldan danışdı O paxıl insandır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ