Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 08:58
Misir Qəzza zolağı ilə sərhəddə yerləşən "Rəfah" keçid məntəqəsi yaxınlığında tank və zirehli texnika yerləşdirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, sərhəd yaxınlığında "onlarla nəqliyyat vasitəsi" görünür.
Keçid məntəqəsində ağır hərbi texnikanın görünməsi Misirin on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.
"Rəfah" Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir.