Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe "Real"a transferi barədə suala qəribə reaksiya verdi - VİDEO

Mbappe

Tarix: 1 Noyabr 2023 11:16

Madriddə təşkil edilən futbol tədbirindən sonra jurnalist Kilian Mbappeyə "Real Madrid"ə transferi barədə sual ünvanlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "El Chiringuito" qəzetinin jurnalisti Mbappedən gələn mövsüm "Real Madrid"ə mümkün transferi barədə soruşub. Mbappe suala istehzalı təbəssümlə və yarım göz qırpmaqla cavab verib. Mbappenin reaksiyası sosial mediada gündəm olub. PSJ-nin futbolçusunun "Real"a transferi barədə suala gülümsəməsi azarkeşlərin marağına səbəb olub.

Milli.Az


Etiketlər:  Mbappe Reala transferi barədə suala qəribə reaksiya verdi VİDEO


RƏYLƏR