Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşanan kimi sevgili tapdı - FOTO

Boşanan kimi sevgili tapdı - FOTO

Tarix: 1 Noyabr 2023 15:45

"Taxt oyunları" serialının ulduzu Sofi Törner yeni eşqə yelkən açıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa britaniyalı aristokrat Pereqrin Pirsonla küçədə dodaq-dodağa görüntülənib. Cütlüyün neçə müddətdir münasibətdə olduğu bəlli deyil.

Qeyd edək ki, Sofi keçmiş həyat yoldaşı, müğənni Co Conasdan sentyabrda boşanıb. İkili 2019-cu ildə evlənmişdi. Onların iki qız övladı var.

Pirson isə sentyabrda 2020-ci ildən görüşdüyü sevgilisi, Yunanıstan və Danimarka şahzadəsi Mariya Olimpiadan ayrılıb. Pirsonun ailəsinin sərvətinin 224 milyon funt-sterlinq olduğu bildirilir.


Etiketlər:  Boşanan kimi sevgili tapdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ