Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 03:20
Bakı. Trend:
Hindistanın şimalında havanın çirklənmə səviyyəsi "dözülməz həddə çatıb".
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu ölkənin paytaxtı Dehli şəhərinin administrasiyasının rəhbəri Arvind Kajrival bildirib.
Hindistanın paytaxtında hava rəsmi olaraq sağlamlıq üçün təhlükəli elan edilib.
Bildirilir ki, məktəblər bağlanıb, yerli hava limanında 30-dan çox reys təxirə salınıb və şəhərdə tikinti işləri dayandırılıb.
A.Kajrival federal orqanlardan qonşu bölgələrdə çirklənmə səviyyəsinin azaldılmasına kömək etmələri üçün müraciət edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin