Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 10:04
Noyabrın 1-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,17 dollar ucuzlaşaraq 91,22 dollar olub.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə xəbər verir.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 88,9 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,17 dollar ucuzlaşaraq 75,39 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti noyabrın 1-də 0,06 dollar ucuzlaşaraq 88,62 dollar olub.