Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Tarix: 2 Noyabr 2023 22:34

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, yığma 1/4 finalda Bolqarıstana qalib gəlib.

Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Dünya çempionatı Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib


RƏYLƏR