Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 07:28
"Bu, ilk nota deyil. Qoy göndərsinlər. Tualetlərdə kifayət qədər yerimiz var. Ona görə də göndərə bilərlər".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Belə ki, Litva Belarus Atom Elektrik Stansiyasından (BNPP) yarandığı iddia edilən təhlükə ilə bağlı həmin ölkəyə nota verib.
Lukaşenko bildirib ki, bu notanı "dəlilər" göndərib.
"Litva xalqının bu dəlilərlə heç bir əlaqəsi yoxdur. İnanın, mən orada nə baş verdiyini bilirəm. Mən hətta bu gün Litvaya rəhbərlik edənlərin babalarını və valideynlərini də tanıyıram".