Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Musleradan ''Qalatasaray''lılara pis xəbər - FOTO

Musleradan ''Qalatasaray''lılara pis xəbər - FOTO

Tarix: 4 Noyabr 2023 10:00

Ötən gecə Türkiyə Super Liqası çərçivəsində baş tutan "Qalatasaray" "Kasımpaşa" matçında zədələnən Musleranın qolu çıxıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə klubun həkimi Yener İncə danışıb.

O, bildirib ki, zərbədən Musleranın dirsəyində çıxıq olub. Meydançada yerinə salıblar:

"Bəzən yerinə oturtmaq uyğun gəlir, bəzən kiçik bir qırıq olsa, zədə uzanar. Sabah çəkəcəyimiz MRT-də dislokasiyanı müşayiət edən başqa bir vəziyyətin olub-olmadığını öyrənəcəyik".

Musleranın noyabrın 8-də keçiriləcək "Bayern Münhen" matçında meydana çıxıb-çıxmayacağı hələ də bəlli deyil.


Etiketlər:  Musleradan Qalatasaraylılara xəbər FOTO


RƏYLƏR