Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın müğənnilər niyə öldürülür? - İlginc səbəblər

Qadın müğənnilər niyə öldürülür? - İlginc səbəblər

Tarix: 4 Noyabr 2023 10:05

Azərbaycanda daha bir qadın müğənni qətlə yetirilib. Noyabrın 2-də Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair faktın bəzi təfərrüatı məlum olub. 34 yaşlı S.Abbasova səhər yaşadığı binanın qarşısında öldürülüb.

Onu öldürən şəxs mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayır. Məlumata görə, öldürülən S.Abbasova toy mərasimlərində müğənnilik edib. Onun azyaşlı övladı var. Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, ötən ay Bakıda 1985-ci il təvəllüdlü müğənni Yaqut Həşimova əri tərəfindən boğazı kəsilərək qətlə yetirilmişdi.

Milli.Az


Etiketlər:  Qadın müğənnilər niyə öldürülür İlginc səbəblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ