Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2023 23:18
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sonxeber.net qol.az-a istinadla xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib. O, ffinalda əsas vaxtda "kata-quruma" ilə "vazari" xalı alıb və rəqibini "osaekomi" saxlayaraq ikinci "vazari"i xalını qazanıb və təmiz qələbə əldə edib. Bununla da, Heydərov ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə Avropa çempionu olub.
Azərbaycan idmançısı bundan əvvəl Abdul Umayevi (Belçika), Marko Xaveri (Polşa), Daniel Zegedi (Macarıstan) və Pedro Pelivanı (Moldova) məğlub etmişdi.
Qeyd edək ki, H.Heydərov 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medala yiyələnib.