Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Musayev Takedanı nokauta saldı - VİDEO

Tofiq Musayev Takedanı nokauta saldı - VİDEO

Tarix: 5 Noyabr 2023 11:28

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüləri "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində qüvvələrini sınayıblar. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təmsilçilərimiz Nəriman Abbasov, Tofiq Musayev (hər ikisi 71 kq) və Vüqar Kərəmov (66 kq) Milli Gimnastika Arenasında keçirilən döyüş gecəsində mübarizə aparıblar.

Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib.

Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə rusiyalı Ali Abdulxalikovla qarşılaşmada məğlub olub.

Milli.Az


Etiketlər:  Tofiq Musayev Takedanı nokauta saldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ