Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduz futbolçu atasının tapılması üçün kömək istədi

Ulduz futbolçu atasının tapılması üçün kömək istədi

Tarix: 6 Noyabr 2023 15:42

"Liverpul"un yarımmüdafiəçisi Luis Dias atasının Kolumbiyada girov götürülməsi ilə bağlı vəziyyətlə bağlı bəyanat yayıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun valideynləri oktyabrın 29-na keçən gecə Kolumbiyada qaçırılıb. Diasın anası demək olar ki, dərhal xilas edilib, lakin atası hələ də əsirlikdədir. 

Dias sosial şəbəkə hesabında yazıb: 

"İndi danışan futbolçu deyil, Luis Manuel Diasın oğlu Luço Diasdır, Manuel Diasın oğlu. Atam zəhmətkeş, qayğıkeş və ailəmizin dayağı idi. Onu qaçırıblar. ELN-dən atamı tez bir zamanda azad etmələrini xahiş edirəm. Beynəlxalq birliklərdən də xahiş edirəm ki, onun azadlığını təmin etmək üçün bunun üzərində işləsinlər. Hər saniyə, hər dəqiqə biz daha çox narahat oluruq. Ailəmizin keçirdiyi dəhşətli hissləri təsvir etməyə sözümüz yoxdur və o, evə gələnə qədər olmayacaq. 

Sizdən xahiş edirəm, atama hörmət edərək, dərhal azad edin". 

Milli.Az


Etiketlər:  Ulduz futbolçu atasının tapılması üçün kömək istədi


RƏYLƏR