Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Goranboyda naməlum piyadanı maşın vurub öldürdü

Goranboyda naməlum piyadanı maşın vurub öldürdü

Tarix: 4 Noyabr 2019 14:03

Bakı. Trend:

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Goranboyda naməlum piyadanı maşın vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ