Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neveş İngiltərəyə qayıdır - Danışıqlar başladı

Neveş İngiltərəyə qayıdır - Danışıqlar başladı

Tarix: 7 Noyabr 2023 10:40

Keçən yay "Vulverhempton"dan "Əl-Hilal"a keçən Ruben Neveş yenidən İngiltərəyə qayıtmağa yaxındır. 

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Nyukasl" yarımmüdafiəçinin keçidi üçün Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.

İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

"Sağsağanlar"ın rəhbərliyi portuqaliyalı futbolçunu mövsümün sonuna qədər cəzalı olan Sandro Tonalinin yerinə prioritet namizəd kimi görür. İngilis klubu 26 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. 

Ruben Neveşin transferi Səudiyyə Ərəbistanı klubuna 55 milyon avroya başa gəlib. "Transfermarkt" futbolçunun hazırkı dəyərini 40 milyon avro qiymətləndirib.


Etiketlər:  Neveş İngiltərəyə qayıdır Danışıqlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ