Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2023 16:08
"Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi klubun rəhbərliyi postuna yenidən namizədliyini verməyəcək.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bununla bağlı özü məlumat verib.
O bildirib ki, bu qərarı "Beşiktaş"ın gələcəyi üçün atıb.
Qeyd edək ki, Çebi 2019-cu ildən klubun prezidentidir. "Qara-qartallar" onun zamanında - 2020/21 mövsümündə Türkiyə çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanıb.