Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın tarixinə adını yazdıran futbolçuya fantastik təklif

“Qarabağ”ın tarixinə adını yazdıran futbolçuya fantastik təklif

Tarix: 8 Noyabr 2023 16:54

 UEFA Avropa Liqasında "Qarabağ"a qarşı oyunda performansı ilə diqqət çəkən "Bayer"in futbolçusu Florian Virtsə Avropa nəhənglərindən transfer təklifi var. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Mançester Siti", "Çelsi","Bavariya" və "Liverpul"  klubları 20 yaşlı alman hücumçu ilə maraqlanır. Oyunçunun transfer dəyəri 100 milyon avro civarındadır. 

Virtin transferi üçün Avropanın bir sıra klubları transfer mübarizəsi aparsa da, "Liverpul"un baş məşqçisi Yurgen Kloppun istedadlı futbolçunun transferinə israr edir. 

Qeyd edək ki, Virtz bu mövsüm "Bayer Leverkuzen"in heyətində 5 qol vurub.

Milli.Az


Etiketlər:  Qarabağın tarixinə adını yazdıran futbolçuya fantastik təklif


RƏYLƏR