Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Puqaçova SƏHNƏYƏ QAYIDIR: Rekord qonorar alacaq

Puqaçova SƏHNƏYƏ QAYIDIR: Rekord qonorar alacaq

Tarix: 8 Noyabr 2023 19:45

Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxıcaq.

Puqaçovanın prodüserləri artıq onun çıxışları üçün musiqiçiləri axtarır. Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi vurğulanıb. O, bayram günlərində Kipr və Dubayda çıxış edəcək.

İddilar arasında Puqaçovanın Moskvada da səhnə ala biləcəyi yer alıb. Belə ki, təşkilatçılar onun çıxışlarını gizli şəkildə - mediadan uzaq və telefonla çəkiliş olmadan təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. O ötən həftə yenidən Rusiyaya qayıtmışdı.

Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya qayıtmışdı. 

O, son olaraq Latviyadan paylaşım edib.

Milli.Az


Etiketlər:  Puqaçova SƏHNƏYƏ QAYIDIR Rekord qonorar alacaq


RƏYLƏR