Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 23:06
HƏMAS hərəkatının yaraqlı qanadı İzzəddin əl-Qəssam Briqadaları, saxladıqları girovları yalnız İsrail həbsxanalarında saxlanılan yoldaşları ilə mübadilə etmək müqaviləsi çərçivəsində azad edə biləcəklərini bildiriblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrupun rəsmi nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, İzzəddin əl-Qəssam briqadası hələ də girovların azad edilməsi məsələsini nəzərdən keçirir.
"Bir daha təsdiq edirik ki, bu problemi həll etməyin yeganə və aşkar yolu onların tam və ya qismən mübadiləsi üçün sövdələşmənin olmasıdır", - Ubeydə bildirib.