Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 20:48
Qəzza zolağında mülki şəxslərin döyüş bölgələrini tərk etməsinə imkan verəcək iki humanitar dəhliz açılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edilib ki, Qəzza zolağına hər gün yüzə yaxın yük maşını gəlir və onların sayı tezliklə 150-yə çatmalıdır.
"İsrail noyabrın 9-dan etibarən Qəzzanın bir neçə bölgəsində hər gün dörd saatlıq humanitar fasilə həyata keçirəcək və bu müddət ərzində heç bir döyüş olmayacaq", - məlumatda vurğulanıb.