Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO)

Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO)

Tarix: 4 Noyabr 2019 18:40

Bakı. Trend:

Tarixdə elə şəxsiyyətlər var ki, həmişə yadda qalır. Belə insanlardan biri də 1919-cu il noyabrın 4-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuş Mürsəl Qarayevdir…

Mürsəl bir növ xalq həkimi idi… Eyni zamanda, öz peşəsinin vurğunu, böyük professional idi...

Trend-in məlumatına görə, bu fikirlər noyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli tibb xadimi, ötən əsrin 60-cı illərində Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş Mürsəl Qarayevin 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndi.

Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə Bakı şəhəri 2 saylı Uşaq klinik xəstəxanasının qarşısında Mürsəl Qarayevin atası – ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi Əbülfəz Qarayevin abidəsini ziyarət etdilər. Abidənin önünə tər çiçəklər düzüldü.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri – Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Səhiyyə naziri Oqtay Şirəliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ATU-nun professor-müəllim heyəti, Abşeron rayonu Fatmayı kəndinin ağsaqqalları iştirak edirdilər.

Tədbirin açılışında universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək qonaqları salamladı. Rektor Mürsəl Qarayevin həyat və fəaliyyəti haqqında danışdı.

Bildirdi ki, 1919-cu ildə Bakının Fatmayı kəndində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində dünyaya gələn Mürsəl Qarayev Azərbaycan tibb elmində çoxprofilli cərrah kimi böyük nüfuz sahibi, cərrahiyə tariximizdə ən savadlı və peşəkar insanlardan biri olub. 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan Mürsəl Qarayev 1942-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. Qafqaz Cəbhəsi 65-ci xüsusi motoatıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah işləyir. Döyüşlərin birində yaralanır və bir müddət müalicə olunandan sonra 1943-cü ilin avqust ayından müharibənin sonuna qədər döyüşən orduda 482-ci Tibb-sanitar batalyonunda cərrah kimi xidmət edir. Kursk dairəsi döyüşlərində hərbi eşelonun baş həkimi olur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralanır, tibb xidməti kapitanı kimi ordudan tərxis olunur. “Döyüşdə cəsurluğa görə”, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində Qələbəyə görə” medalları ilə təltif edilir.

Sonradan cərrah kimi fəaliyyətini davam etdirən Mürsəl Qarayev 1960-1964-cü illərdə Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edir.

5000-dən artıq cərrahiyyə əməliyyatı edən doktor Qarayevin son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun “Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi” kafedrasında dosent vəzifəsi olub. Görkəmli tibb xadimi 1975-ci ildə vəfat edib.

Çıxışdan sonra əlləri hər zaman insanlara şəfa, ömür bəxş edən Mürsəl Qarayevə həsr edilmiş “Cərrah” sənədli filmi nümayiş olundu.

Filmdə cərrahın peşə yoldaşlarının, dostlarının, ailə üzvləri və tələbələrinin xatirələri yer alıb. Xalq rəssamı Tahir Salahov, akademiklər Vasim Məmmədəliyev, Cəmil Əliyev, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Mürsəl Qarayevin ailə üzvləri və yaxınları – nazir Əbülfəs Qarayev, qardaşı övladları Fərəc Qarayev, Züleyxa Qarayeva, nəvələri unudulmaz insan haqqında düşüncələrini bölüşürlər. Film doktor Qarayevlə tanışlığı olmayan insanların təsəvvüründə belə onun işıqlı simasını yaradır.

Tədbirin davamında çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirdi ki, Mürsəl Qarayev çox virtuoz cərrah idi. Cərrahiyə elminin bütün sahələrinə dərindən bələd olan Mürsəl Qarayev neçə-neçə cərrahlar nəslinə nümunə olub. Onun belə peşəkar cərrah kimi yetişməsində ilk təcrübəsinin müharibə dövrünə təsadüf etməsi də rol oynayıb. Çünki o, cəbhədə, ağır şəraitdə əməliyyatlar edərkən çox vaxt təkbaşına qərar verməyə məcbur olurdu. Təbii ki, digər mühüm səbəb onun tanınmış pediatr Əbülfəz Qarayevin ailəsində doğulması idi. Əhliman Əmiraslanov cərrahla bağlı xatirələrini də bölüşdü.

Mürsəl Qarayevin yaxın qohumu – Xalq artisti, kinorejissor Oqtay Mirqasımov çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkür etdi. Bildirdi ki, belə sənədli filmlərin çəkilməsi Azərbaycan xalqının həyatında mühüm rol oynayan ziyalıların xatirəsinin yaşadılması və gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın elm, mədəniyyət tarixinə töhfələr vermiş Qarayevlər və Mirqasımovlar nəslinin davamçısı olmasından qürur duyduğunu dilə gətirdi. Vurğuladı ki, Mürsəl Qarayev onun üçün həmişə nümunə və parlaq bir obraz olub.

Fövqəladə Hallar nazirinin birinci müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə xatirələrini bölüşərək, Mürsəl Qarayevin müəllim kimi gözəl xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, o, öz nəslinin parlaq təmsilçisi idi. Azərbaycan cərrahlıq məktəbinin qızıl nəslinin nümayəndəsi olan Mürsəl müəllim ən çətin, çıxılmaz vəziyyətlərdə belə hökmən bir çıxış yolu tapırdı. Böyük məktəb keçən cərrah qeyri-peşəkarlığa qarşı sərt bir şəxsiyyət idi. Görünür, müharibəni keçməsi, hərbi-səhra cərrahlığı təcrübəsi onda tez və qeyri-adi çıxış yolları tapmaq vərdişi yaratmışdı.

Daha sonra filmin ssenari müəlliflərindən Səlim Babullaoğlu çıxış etdi. O, filmin ərsəyə gəlməsi, həmçinin tərtibçisi olduğu “Doktor Qarayev” kitabı ilə bağlı düşüncələrini bölüşdü. Vurğuladı ki, Mürsəl Qarayev həyatını ləyaqətlə, peşəsini sevə-sevə yaşadı. İnsanların həyatını xilas edərək yaşadı, onu həyat və şəfa bəxş etdiyi insanların ümid və inamı böyütdü: “O hesab edirdi ki, həkim mütləq vətənpərvər və gözütox olmalıdır. Heç nədən qorxmamalıdır. Gənc həmkarları ilə zəngin təcrübəsini bölüşər, gənclər də onunla tez-tez məsləhətləşərdilər”.

Səlim Babulloğlu filmin yaradıcı heyətinə, ssenari müəlliflərindən Əməkdar artist Rafiq Haşımova və rejissor Rüfət Süleymanova təşəkkür etdi.

Tədbirin sonunda Mürsəl Qarayevin ailəsi adından Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdi. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək vurğuladı ki, ölkəmizdə tanınmış elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mürsəl Qarayevin yubileyinin keçirilməsi ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin görkəmli insanlarının xatirəsinə diqqətinin təzahürüdür.

Əbülfəs Qarayev təqdim olunan filmin və kitabın müəlliflərinə təşəkkür etdi. Bildirdi ki, hər bir xalqın görkəmli nümayəndələrinin tarixdə qalması üçün incəsənətin, mədəniyyətin böyük rolu var: “Kitabda və filmdə yaddaqalan anlar, xatirələr yer alıb. Atamın fəaliyyəti əks olunub. Filmi izlədikcə, orada səslənən fikirləri eşitdikcə bir daha əmin oluruq ki, bu insan həyatını hədər yaşamayıb”.

Sonda tədbir iştirakçılarına “Doktor Qarayev” xatirə kitabı hədiyyə edildi.

Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO) Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub (FOTO)


Etiketlər:  Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ