Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu HƏMAS-ın 3 komandirini zərərsizləşdirdi

İsrail ordusu HƏMAS-ın 3 komandirini zərərsizləşdirdi

Tarix: 10 Noyabr 2023 15:12

İsrailin Müdafiə Ordusu ŞABAK və Təhlükəsizlik Şurasının rəhbərliyi altında HƏMAS-ın Şimal briqadasının snayper bölməsinin komandiri Məhəmməd Kaxlotu, Noxbanın bölük komandiri Əhməd Musanı, Qərbi Cabaliyanın manqa komandiri Ömər Əlxandini zərərsizləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Bildirilib ki, Əhməd Musa son zamanlar İsrail Müdafiə Ordusunun Qərbi Cabaliya rayonundakı qüvvələrinə qarşı hücumlara başçılıq edirmiş.

Qeyd olunub ki, noyabrın 10-da gecə saatlarında İsrail ordusunun mövqelərinə HƏMAS-ın 19 silahlısı hücum edib. Onlar zərərsizləşdirilib, silah, sursat və texnikaları ya məhv edilib, ya da müsadirə olunub.

Milli.Az


Etiketlər:  İsrail ordusu HƏMAS komandirini zərərsizləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ