Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2023 19:32
Yaxın vaxtlarda ukraynalı hərbi əsirlərdən ibarət bir batalyon cəbhəyə göndəriləcək və onlar öz ölkələrinə qarşı döyüşəcəklər.
Sonxeber.net Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə Rusiya mediası çıxış edib.
Rusiya mətbuatının bu iddiası gündəmə bomba kimi düşüb. Rusiya əsgərlərin sədaqət andı içdiyini iddia etsə də, bu addım müharibə ilə bağlı beynəlxalq qanunların pozulması anlamına gələ bilər.
Qərb mediasında aparılan təhlillərdə isə qeyd olunur ki, hərbi əsirlərdən istifadə zərurəti döyüş meydanında yüksək itki verən Rusiya qüvvələrinin vəziyyəti və keyfiyyəti ilə bağlı suallar doğurur.