Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novruz Məmmədovun KÜRƏKƏNİ: "Xanımım bir saatdan bir..." - VİDEO - FOTO

Novruz Məmmədovun KÜRƏKƏNİ:

Tarix: 11 Noyabr 2023 20:40

"Heç kim mənə qadağa qoymur, qoya da bilməz. İnam və etibar var. Hər kəs vaxtında evdə olmalıdır (həyat yoldaşını nəzərdə tutur - red.). Həyat yoldaşım hər bir saatdan bir görüntülü telefonuma zəng edir".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi bildirib ki, həyat yoldaşı Gülya xanımın ona videozəng vasitəsi ilə zəng etməsinin əsl səbəbi darıxmasıdır: "Həyat yoldaşım darıxdığına görə, mənə hər bir saatdan bir görüntülü zəng edir. Amma insan da var bunu inamsızlığına görə edir. Bu iki qrupa ayrılan məsələlərdir. Hansı şəraitdə və nə olmasından aslı olmayaraq qulaqcığı qulağıma taxıb, xanımımın görütülü zənginə cavab verirəm. Çünki xanımım övladımızla evdə təkdir. Onun həmin an nəyəsə və ya köməyə ehtiyacı yarana bilər".

Qeyd edək ki, Pərviz Qasımov "Şərəf", "Şöhrət" ordenli, keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir.

O, N.Məmmədovun qızı Gülya Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı oğlan övladı var. Pərvizin xanımı Gülya 17 il əvvəl "Zuzu" ləqəbi ilə Əməkdar artisti Elza Seyidcahanla birlikdə "Mən aktyoram" mahnısını duet şəklində ifa edib, klip çəkdiriblər.
Gülya qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində hazırda "Rabitə Nazirliyi"ndə beynəlxalq şöbədə sektor müdiri vəzifəsində çalışdığını açıqlayıb. O bildirib ki, 2018-ci ildə Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Novruz Məmmədovun KÜRƏKƏNİ Xanımım bir saatdan bir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ