Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 04:33
Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov düyü pəhrizinin oynaqların sağalmasına kömək etdiyinə dair mifi təkzib edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, həkim bu barədə "Rossiya 1" kanalındakı proqramda danışıb. O bildirib ki, "düyü oynaqlardan duzu çıxarır və ağrılardan qurtulmağa kömək edir" kimi fikirlər olsa da, bununla oynaqları müalicə etməyə cəhd etmək olmaz.
Onun sözlərinə görə, oynaqlara faydalı təsir göstərməyin yeganə yolu gimnastikadır. Üstəlik, sağlamlığı yaxşılaşdırmağın vacib bir yolu arıqlamaqdır.
Myasnikov, "düyü öz-özünə oynaqları sağalda bilməz" deyib.
O qeyd edib ki, çəki itirildikdə, ağrıkəsici təsir göstərən bioloji aktiv maddələr əmələ gəlir.